İtaliya çempionatının 28-ci turuna Milan şəhərində start verilib.

“Cüzeppe Meatsa” stadionunda favoritlərdən “İnter” turnir cədvəlinin autsayderi “Salernitana” ilə üz-üzə gəlib. Görüşə sürətli hücumlarla başlayan meydan sahibləri ilk hissədə rəqib qapısını 2 dəfə silkələyiblər. Əvvəlcə 22-ci dəqiqədə Lautaro Martinez hesabı açıb. Çox keçmədən argentinalı hücumçu dubl müəllifi olub - 2:0. Qeyd edək ki, hər iki qolun ötürməsini Nikolo Barella edib. Fasilədən sonra da hücumlarına ara verməyən Milan futbolçuları yenidən fərqləniblər. 56-cı dəqiqədə Lautaro Matrinez het-trikini rəsmiləşdirərək yerli azarkeşləri coşdurub. Bundan sonra Edin Dzeko 5 dəqiqə ərzində dubl edərək, yekun nəticəni müəyyənləşdirib: “İnter” – “Salernitana” 5:0. Bu qələbə sayəsində xallarının sayını 58-ə çatdıran “İnter” liderliyi ələ alıb. “Salernitana” isə 15 xalla sonuncu pillədə qərarlaşıb.